"Qarabağ" 100-cü qələbəni qazandı

“Qarabağ” Azərbaycan futbolu tarixində yubiley avrokubok qələbəsini qazanıb.

 

Newsport.az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprdə APOEL-ə qalib gələn (2:1) Ağdam təmsilçisi 100-cü belə uğura imza atıb.

 

Bu, qitəmiqyaslı yarışlarda 339-cu oyunda qeydə alınıb. APOEL üzərində qələbə Çempionlar Liqasında 24-cü qalibiyyət olub. “Qarabağ” isə özünün avrokuboklardakı 39-cu qələbəsinə sevinib.

 

Azərbaycan klublarının Avropada ilk qələbəsini UEFA Kubokunun 1996/97 mövsümündə “Neftçi” qazanıb. “Ağ-qaralar” həmin zaman Bakıda Bolqarıstan təmsilçisi “Lokomotiv”i (Sofiya) 2:1 üstələyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right