"Qəbələ" Azərbaycan çempionatından imtina etdi 100 min cərimələndi

"Qəbələ" klubu 100 min manat məbləğində cərimə olunacaq.

Newsport.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə bugünkü açıqlamasında deyib. O, klubun əvəzedici komandasının 2019/2020 mövsümündə birinci divizionda iştirakdan imtina etdiyi üçün cərimələndiyini bildirib.

R.Musayev hər bir kluba əvəzedici komandasının birinci divizionda iştirakı üçün 50 min manat veriləcəyini də əlavə edib.

Qeyd edək ki, "Qəbələ"nin əvəzedici komandası ötən mövsüm də birinci diviziondan imtina etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right