“Zirə” də hazırlığa başladı

“Zirə” növbəti mövsüm üçün təlim-məşq toplanışına start verib.

Newsport.az xəbər verir ki, Samir Abasovun kollektivi Biləcəri Futbol Mərkəzində bir araya gəlib.

Komandanın hazırlığı 2 mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 19-dək Bakıda baş tutacaq. Bakılılar bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Hazırlığın ikinci hissəsi 20 iyul – 4 avqust aralığında Türkiyənin Bolu şəhərində olacaq və komanda qonşu ölkədə də 4 yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, "Zirə"nin ilk məşqində yeni transferlər - Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov və Boyan Zoqoviç də iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right