"Boavişta"nın sabiq futbolçusu "Səbail"də

"Səbail" hücumçu transferi reallaşdırıb.

 

Newsport.az xəbər verir ki, paytaxt klubu argentinalı hücumçu İmanol İrriberini transfer edib. Forvard "dənizçilər"də 9 nömrəli formada çıxış edəcək. Müqavilə isə mövsümün sonuna qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, 31 yaşlı hücumçu daha çox Cənubi Amerika klublarında çıxış edib. Onun son klubu Venesuela "Deportivo La Quaira"sı olub. İrriberi 2016-cı ildə Portuqaliyanın "Boavişta" klubunda çıxış edib və 15 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right