Dəqiqləşdi: "Vorskla"nın erməni futbolçusu Bakıya gələcək?

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Qarabağ" oktyabrın 25-də Ukraynanın "Vorskla" klubunu qəbul edəcək.

Newsport.az xəbər verir ki, qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, Ukrayna klubunun erməni futbolçusu Qeqam Kadimyanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır. Ukrayna mətbuatına yer alan xəbərə görə, 25 yaşlı hücumçu Bakıda baş tutacaq görüşə gətirilməyəcək. Zədəsi olan futbolçunun Ağdam klubu ilə qarşılaşmaya yetişməyəcəyi qeyd edilib.

Qeyd edək ki, "Qarabağ"la oyun üçün "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryan da Bakıya gətirilməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right