"3 xal olduqca önəmli idi" Aftandil Hacıyev

"Sumqayıt" çətin komandadır. 10 xalı asan elə-belə yığmayıblar".
 
Newsport.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 7-ci turunda "Sumqayıt"a 2-0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Gənc mütəxəssis qələbə barədə bunları deyib: "İlk hissədə daha çox hücum etdik. İkinci yarıda isə hesabı qorumağa çalışdıq. 3 xal olduqca önəmli idi. Ötən turda "Neftçi"dən acı məğlubiyyət almışdıq. Futbolçular toparlanaraq, bu vəziyyətdən çıxa bildilər. İlk dövrəni qənaətbəxş hesab edirəm. Çempionatda aşkar autsayder yoxdu. Ola bilər ki, bu, gələn dövrələrdə bəlli olsun".
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right