Legioneri "Zirə"nin tarixinə düşdü

Dilan Duventru "Zirə”də qol hesabını açıb.

Newsport.az saytının məlumatına görə, 28 yaşlı fransalı yarımmüdafiəçi Topaz Premyer Liqasında V turunun "Neftçi” ilə görüşündə fərqlənib. O, 1:2 hesabı ilə uduzan komandasının yeganə qolunun müəllifi olub. 

"Mavi-qırmızı" formada keçirdiyi 3-cü qarşılaşmada ilk qolunu vuran fransalı Diventru klub tarixinə bunu bacaran 48-ci futbolçu kimi düşüb. Duventru "Zirə”də qol sevinci yaşayan ilk fransalıdı. 

29 yaşlı oyunçu Premyer Liqada rəqib qapısına yol tapan 27-ci futbolçudu. Duventru "Zirə”də ümumilikdə qol vuran 17-ci, buna Premyer Liqada nail olan 13-cü legionerdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right