"Millətlər Liqasına qədər bütün problemlərimizi həll etməliyik" - Təmkin Xəlilzadə

"Çətin qarşılaşma oldu. Rəqibi yaxşı analiz etmişdik. Qazaxıstan sürətli, müdafiədə diqqətli oynayan komandadı. İlk dəqiqələrdə buraxdığımız qollar planlarımızı pozdu".

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Təmkin Xəlilzadə deyib.  

Müdafiəçi millimizin heyətində Qazaxıstana məğlub olduqları matç haqda danışıb.  Cinah oyunçusu ilk dəqiqələrdə buraxılan qollardan sonra toparlanmağın çətin olduğunu bildirib: "Buraxılan qollardan sonra toparlanmağa cəhd etdik, amma çətin idi. Millətlər Liqasının startına qədər vaxt var. Həmin turnirin startına qədər bütün problemlərimizi həll etməliyik". 

Xəlilzadə səhvləri aradan qaldırmağa çalışacaqıarını deyib: "Futbolda səhvlər qaçılmazdıq. Hər bir diqqətsizlik buraxılan qolla nəticələnir. Ustəlik, rəqib ciddi pressinq edirdi. Öz oyunumuzu və səhvlərimizi təhlil edəcəyik". 

"Qəbələ"nin futbolçusu öz oyununu belə şərh edib: "Belə hesabdan sonra öz oyunum barədə danışmaq çətindi. Komandaya kifayət qədər kömək edə bilmədim, qapımızda 3 qol gördük". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right