"Qəbələ"nin keçmiş futbolçusu Roman Qriqorçuku Allaha tapşırdı" "Səni hər gün yad edirəm"

Son mövsümü birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"ın heyətinə keçirən Ruslan Tağızadə sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə yadda qalıb.

Newsport.az xəbər verir ki, 21 yaşadək futbolçulardn ibarət milli komandamızın keçmiş üzvü "Qəbələ"dən ayrılan baş məşqçi Roman Qriqorçuk haqda şərh bildirib.
 
O, vaxtıyla rəhbərliyi altında oynadığı ukraynalı mütəxəssisi Allaha tapşırıb: "Qəbələ"nin məğlub olmasına görə çox üzüldüm. Amma oyundan sonra bir yazı gördüm və buna çox sevindim. Roman, yaxşı yol. Mənim karyeramı məhv etdin. Bunu sənə kimsə çatdırsa, əla olar. Bil ki, səni hər gün yad edirəm. Ağlımdan heç vaxt çıxmayacaqsan. Səni Allaha tapşırıram".
 
Qeyd edək ki, Ruslan Tağızadə Roman Qriqorçukun gəlişindən sonra "Qəbələ"dən göndərilib.  




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right