Dabo: "Gələcəyimi kubokun finalından sonra biləcəm"

"Qəbələ" klubunun heyətində 13 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Baqali Dabo brifinq keçirib.
 
Newsport.az-ın məlumatına görə, Fransalı hücumçu jurnalistlərin suallarını cavablandırıb... 

- Ümumi mövsüm haqqında danışırıqsa, elə oyunlar oldu ki, çox da yaxşı oynamadıq. Mövsümdən əvvəl məqsədimiz ikincilik deyildi. Amma ümumilikdə bu da pis nəticə deyil.

- Gümüş medalla yanaşı, bombardir də olduz. Bu mükafat sizin üçün nə dərəcədə dəyərlidi?

- Mövsümün bombardiri olmuşamsa, bu, təkcə mənim yox, bütün komandanın əməyidi. Çempionluqla bombardirlik arasında seçim etməli olsam, mən çempionluğu seçərdim.

- Vurduğun qollardan hansını fərqləndirərsən?

- "Səbail”ə vurduğum ilk qolu deyərdim. Ancaq "Neftçi" ilə kubok görüşündəki qolla xüsusi önəm kəsb edirdi. Çünki finala adladıq.

- "Qəbələ”dəki gələcəyin haqqında nə düşünürsən?

- Hələ ki bilmirəm. Qarşıda bir oyunumuz - kubokun finalı var. Ondan sonra biləcəm. Gələcək planlarımı kubokun finalından sonra düşünəcəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right