Riçard Qadze "Zirə"ni sevindirdi

"Zirə" Azərbaycan Premyer Liqasının 26-cı turunda "Səbail"in qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, “qartallar”ın hücumçusu Riçard Qadze kollektiv məşqlərə qoşulub. Son iki turu zədə səbəbindən buraxan qanalı hücumçu "Səbail"ə qarşı görüşə tam hazır olacaq.

Komandanın heyətində Yovan Krneta və Sadio Tounkara isə "Səbail"lə görüşləri buraxmalı olacaq. Adil Nağıyev isə cəzalı durumda olduğu üçün komandasına kömək etməyəcək.

Qeyd edək ki, "Səbail" - "Zirə" matçı mayın 5-i, saat 17:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right