Vüqar Nadirov: "Aşkar penalti idi"

"Zirə" əks-hücumlarda çox yaxşı oynayır. Bunun qarşısını almağa çalışırıdıq. Şanslarımız da oldu. Demək olmaz ki, "Zirə" bizi tam üstələdi".

Newsport.az xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Vüqar Nadirov Azərbaycan Premyer Liqasının XIV turunda "Zirə"yə 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Təcrübəli futbolçu matçın sonlarında rəqib qapısında yaşanan penalti epizodunda da söz açıb: "Epizodun görüntülərinə baxdıq. Top Jozef Bumun əlinə dəymişdi. Aşkar penalti idi.  Qarşıda "Qarabağ"la çempionat, "Qəbələ" ilə isə kubok oyunlarımız var. "Səbail" debütnatır, 6 ayın komandasıdır. Hər iki cəbhədə bacardığımız qədər irəli getməyə çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right