Elxan Məmmədov: "Biz heç kəsə hesabat vermək məcburiyyətində deyilik!"

AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün Almaniya Futbol Federasiyasının prezidenti mətbuat konfransında millimizin üzvü Cavid Hüseynovun jurnalist Rasim Əliyevin ölümündə günahkar olmasına toxunaraq, onun həbsdən belə tez çıxmasını təccüblə qarşıladı. Sizin buna münasibətiniz?

- Bu gün mətbuat konfransında bu məsələnin qalxması bizi təəccübləndirdi. Bu Azərbaycanın işidi. Hər kəsə ikinci şans verilməlidi. Futbol siyasətdən uzaqdı. Bu UEFA və FIFA-nın mesajıdı. Sabah onlarla görüşdə də bu məsələyə yenə toxunacam. Mart ayında Bakıda onlara qarşı oyundan öncə də bu məsələ haqda danışmışdıq. Biz heç kəsə hesabat vermək məcburiyyətində deyilik!

- Ötən gün U-21 millimiz Almaniyaya böyükhesabla uduzdu.

- Çətin oyun oldu. Bilirsiz U-21 millimizin məşqçilər heyətində dəyişiklik oldu. Samir Ələkbərovdan xahiş etdikki, millini il sonuna kimi çalışdırsın. Bu cəsaərtli addımdı. Belə hesabla uduzmağımız bizi məyus etdi. Lakin bu bizim real gücümüzdür.

- Çexiya ilə Bakıdakı oyunu türkiyəli məşqçi Ərtoğrul Sağlam da izlədi. Onu siz Bakıya dəvət etmişdiniz, yoxsa...?

- Mən bildiyim qədərincə o, Bakıya bir neçə futbolçunu izləmək üçün gəlmişdi. Hansı futbolçular olduğunu bilmirəm. Lakin millinin bir neçə oyunçusuna baxmağa gələcəyini bilirdik.

- Sabahkı oyunla bağlı nə deyərdiniz?

- Bizi ağır oyun gözləyir. Onlar hər oyuna 3 xal qazanmaq üçün çıxır. Baxmayaraq ki, şansımız qalmayıb, ancaq millimizin sabah Almaniyaya problem yaratmağa çalışacağına ümid edirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right