Azərbaycan klubunda baş məşqçi istefası

"Qaradağ Lökbatan" klubunun baş məşqçisi Azər Bağırov istefa verib.

Newsport.az-ın məlumatına görə, PRO kateqoriyalı məşqçi klub rəhbərliyinə mürəciət edib və qarşılıqlı razılıq əsasında o fəaliyyətini sonlandırıb. Buna səbəb təcrübəli mütəxəssisin artıq I Divizionda fəaliyyət göstərmək istəməməsi olub.

Qeyd edək ki, Azər Bağırov verdiyi müsahibələrdə I Divizionda heç bir inkişafın olmadığını dəfələrlə dilə gətirmişdi. Onun rəhbərlik etdiyi komanda ötən mövsüm I Divizionu 4-cü pillədə başa vurmuşdu. Əlavə edək ki, son vaxtlar Azər Bağırovun milli komandalardan birinə baş məşqçi gətiriləcəyi iddia olunur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right