Qurban Qurbanov mükafatlandırıldı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi "Roma" ilə oyundan öncə təşkil edilən mətbuat konfransında təltif edilib.

Newsport.az xəbər verir ki, İtaliya - Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Keşaplı qurum adından xüsusi mükafatı 45 yaşlı mütəxəssisə verib.

Qeyd edək ki, tanınmış türkiyəli jurnalist olan D.Keşaplı İtaliyada fəaliyyət göstərir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right