“İnter” Avropa Liqasına köhnə loqo ilə gedir

Son  vaxtlar əldən ələ keçməsinə rəğmən nəticələrində sabitliyi qoruyan “İnter” klubunda sular durulmaya başlayıb. Zaur Axundovun Müşahidə Şurasının sədri seçilməsindən sonra klubda daşlar deyəsən öz yerinə oturur. Son olaraq klub üçün yeni avtobus salınıb və üzərinə klubun yeni loqosu həkk olunub.

Newsport.az saytının məlumatına görə, avtobusun üzərinə yeni loqo vurulsa da, klub Avropa Liqasında köhnə loqo ilə təmsil olunacaq. Yeni loqo yeni mövsümdən qüvvədə olacaq. 

Qeyd edək ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək klub bu gün Türkiyə toplanışını başa vurub vətənə qayıdacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right