Sumqayıtlılar Amil Yunanovu seçdilər

"Sumqayıt" Futbol Klubunun rəsmi internet səhifəsində yer alan sorğunun nəticəsinə əsasən, hücumçu Amil Yunanov 2016/17 futbol mövsümü üçün sumqayıtlı azarkeşlərin ən çox bəyəndiyi futbolçu seçilib.

Newsport.az-ın məlumatına görə, 200 nəfər iştirakçı arasında keçirilmiş sorğuda 24 yaşlı futbolçu 39 faiz səs toplayıb.

Qeyd edək ki, Amil Yunanov 2016/2017 mövsümündə "Sumqayıt" Futbol Klubunun heyətində 23 qarşılaşmada 1306 dəqiqə meydanda olub və 6 qola imza atıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right