Alonso risk etməyəcək: “Qarabağ”a qarşı əsas heyət oynayacaq

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ”ı qəbul edəcək “Bayer”in təxmini start “11-liy”i açıqlanıb.

Newsport.az “bundesliga.com” saytına istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso hansı futbolçulara şans verəcəyini müəyyənləşdirib.

Bakıda sərgilənən oyun və qeydə alınan 2:2 hesabı ispaniyalı mütəxəssisi ehtiyatlı davranmağa vadar edəcək. Çünki Alonso bu dəfə start heyətinin əksər oyunçularını ilk dəqiqələrdən meydana buraxmağı planlaşdırır.

Əsas heyət üzvlərindən müdafiəçi Yosip Stanişiç, yarımmüdafiəçilər Qranit Caka və Florian Virtsin start heyətində meydanda olması gözlənilir. “Bayer”in təxmini “11-liy”i belədir: Matey Kovar, Yosip Stanişiç, Conatan Tah, Edmond Tapsoba, Natan Tella, Qranit Caka, Robert Andrix, Aleks Qrimaldo, Adam Qlozek, Florian Virts, Amine Adli.

Qeyd edək ki, sabah “BayArena”da keçiriləcək “Bayer” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right