AFFA “lipa” oynadan komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib. Newsport.az xəbər verir ki, bunlardan biri Yüksək Qızlar Liqasının “Şəmkir” – “Araz-Naxçıvan” görüşündə olub.

“Şəmkir” protokolda qeyd olunmuş oyunçunun əvəzinə başqa klubda qeydiyyatda olan futbolçu oynadıb. “Lipa” oynatmaq şəmkirlilərin 0:3 hesablı texniki məğlubiyyətinə səbəb olub.

Futzal çempionatında isə “Record club” – “Baku Fire” görüşü birincilərin təyin edilən vaxtda meydanda olmaması ucbatından baş tutmayıb. Nəticədə “Record club”a 0:5 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right