"Kəpəz"in məşqçisi hakimə təzyiq göstərməyə cəhd etdiyi üçün cəzalandırılıb

Əvəzedicilər Liqasının 26-cı turunun "Kəpəz-2" - "Neftçi-2" matçında Gəncə təmsilçisinin məşqçisi Orxan Verdiyev hakimə təzyiq göstərməyə cəhd etdiyinə görə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Newsport.az xəbər verir ki, mütəxəssis oyununun 76-cı dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldıqdan sonra ona təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb, “Kəpəz-2” komandası 400 manat cərimə olunub.

“Kəpəz-2”nin azarkeşləri hakimin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu, cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib. Həmçinin oyunda topdaşıyanların say limiti pozulduğuna görə “Kəpəz-2” 80 manat cərimələnib.

Bununla yanaşı, xərəkdaşıyanların say limiti pozulduğu üçün “Kəpəz-2” 80 manat cərimə edilib. Gəncə klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün daha 70 manat ziyana düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right