“Yurqorden” Musaya rəqib axtarır

Martın sonlarında İsveç çempionatında 2024 mövsümünə start veriləcək.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, ötən mövsümü 4-cü pillədə başa vuran Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” yeni sezonda iddialılar sırasında yer almaq istəyir. Bunun üçün heyətində bəzi dəyişikliklər edən Stokholm təmsilçisi bununla kifayətlənmək fikrində deyil. Məşqçilər korpusu xüsusən də hücum xəttinin istədikləri kimi gücləndirilmədiyini düşünür. Bu mənada transfer axtarışları davam edir.

“Yurqorden” yay fasiləsində bütün diqqətini məhz ön xəttə yönəldəcək. Hətta həmin vaxt Musa Qurbanlının ayrılması da gündəmə gələ bilər. Bu isə forvardın mövsümün həmin anına qədər olan performansından asılı olacaq. Qurbanlı yenə ümidləri doğrultmasa, onun icarəyə verilməsi variantı ortaya çıxa bilər.

Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right