Millimizin sabiq hücumçusu xəstələnib

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov komandası “Dinamo”nun Almaniya Regionliqasının XXV turunda “Lokomotive” ilə keçirdiyi oyunu buraxıb. Newsprot.az xəbər verir ki, Berlin klubunun baş məşqçisi Dirk Kunert bunun səbəbini açıqlayıb.

Çalışdırıcı bildirib ki, komandanın bombardiri xəstələndiyi üçün qarşılaşmada ixtiyarında olmayıb: “Oyundan əvvəl Rüfətin səhhətində problem yarandı. Bu üzdən iştirak etməməsini məsləhət bildik. Ümid edirəm ki, qarşıdakı görüşə qədər sıraya dönər”.

Qeyd edək ki, “Dinamo” Rüfət Dadaşovun iştirak etmədiyi matçda “Lokomotive” üzərində 4:0 hesablı qələbə qazanıb. Hücumçu cari mövsüm 14 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right