Medina 3 aydan sonra meydana çıxdı

"Qarabağ"ın uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Kevin Medina bu gün meydana çıxıb.

Newsport.az-ın məlumatına görə, kolumbiyalı müdafiəçi Misli Premyer Liqasının 26-cı turunda "Zirə" ilə keçirilən matçın 78-ci dəqiqəsində oyuna daxil olub. O, Mateus Silvanı əvəzləyib.

Qeyd edək ki, Medina ötən il noyabrın 30-da Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde"yə qarşı səfər matçında (2:2) zədələnmişdi. O, dekabr ayında Finlandiyada əməliyyat edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right