Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya”nın yeni baş məşqçisi bəlli olub. Newsport.az xəbər verir ki, Polşa çempionatının qalibini, hazırkı mövsümdə isə son pillənin sahibini Aleksandar Vukoviç çalışdıracaq.
O, istefaya göndərilən Marek Qolembevskini əvəzləyib və mövsümün sonunadək komandaya rəhbərlik edəcək.
Maraqlıdı ki, 42 yaşlı serbiyalı mütəxəssis 4-cü dəfə Varşava klubunun "sükanı arxası"na keçib.
Vukoviç “Legiya”nın mövsümdə 3-cü baş məşqçisidi. İlk baş məşqçi Mahiri bu yay transfer edən polşalı Çeslav Mixneviç idi.