Cerrard yeni klubunun tarixinə düşdü

Stiven Cerrard yeni klubu "Aston Villa" tarixində ən yaxşı məşqçi startlarından birini keçirib.

Newsport.az-ın məlumatına görə, ingilis mütəxəssis komandanın tarixində iki qalibiyyətlə başlayan ikinci məşqçi olub.

Cerrardın debüt oyununda "Aston Villa" "Brayton"a 2:0, ikinci görüşdə "Kristal Pelas"a 2:1 hesabı ilə qalib gəlib.

Klubda ardıcıl iki qələbə ilə başlayan ilk məşqçi 1997/98-ci ilin ortalarında Con Qreqori olub.

"Aston Villa" Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right