Klublararası dünya çempionatının vaxtı açıqlandı

2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixi məlum olub.

Newsport.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3-12 fevralda keçiriləcək.

Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində olacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, turnirdə Səudiyyə Ərəbistanının “Əl-Hilal”, Meksikanın “Monterrey”, Yeni Zelandiyanın “Oklend Siti”, BƏƏ-nin “Əl-Cəzirə”, İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” komandaları iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right