"Bazel"in baş məşqçisi: "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm"

"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan "Bazel"in baş məşqçisi Patrik Rahmen açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, qrup mərhələsini 1-ci yerdə bitirmək istədiyini söyləyib:

"Növbəti mərhələyə vəsiqəni təmin etsək belə, Qazaxıstanda qələbə qazanmalıyıq. "Kayrat"la matçda 3 xala ehtiyacımız var. "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm. Qrupda birinci yeri tutmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Hələ də birinci olmaq üçün şansımız var".

Konfrans Liqasının H qrupunda "Qarabağ" 10 xalla liderdi. "Bazel" 8 xalla ikinci sırada yer alıb. 2 xalı olan "Omoniya" (Kipr) 3-cü, 1 xala malik "Kayrat" (Qazaxıstan) isə sonuncudu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right