"Qarabağ" - "Kayrat" matçının biletləri satışda

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat” (Qazaxıstan) ilə oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq. 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right