"Çelsi"nin hücumçusu Joao Pedro avqust ayının yekunlarına görə İngiltərə Premyer Liqasında ayın ən yaxşı oyunçusu kimi ilk mükafatını alıb.
Newsport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu London klubunun startda "Fulhem" (3:2) və "Brayton" (4:3) üzərində qazandığı iki qələbədə böyük pay sahibi olub. 24 yaşlı hücumçu bu oyunlarda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mükafat uğrunda mübarizədə Joao Pedro digər yeddi namizədi geridə qoyub. Onların arasında Koul Palmer, Rikkardo Kalafiori, Rayan Şerki və Bruno Fernandeş kimi adlar da yer alıb.
Xatırladaq ki, Pedro yayda "Çelsi" ilə müqaviləsinin müddətini 2034-cü ilin yayına qədər uzadıb.
Pedro 2025-ci ilin yayında "Brayton"dan 63,7 milyon avro qarşılığında "Çelsi"yə keçib. Ötən mövsüm o, bütün turnirlərdə meydana çıxdığı 50 matçda 20 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Hazırda 24 yaşlı braziliyalının transfer dəyəri 80 milyon avro qiymətləndirilir.