İngiltərə millisinin üzvü ilə davam

"Nyukasl" müdafiəçi Lyuis Hollun müqavilə müddətini artırıb.

Newsport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İngiltərə milli komandasının üzvü ilə 2031-ci ilin 30 iyun tarixinə kimi yeni sözləşmə imzalanıb. Onun əvvəlki anlaşması 2029-cu ilin yayına kimi idi.

Qeyd edək ki, "Nyukasl" Lyuis Hollu 2023-cü ildə "Çelsi"dən transfer edib. 24 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə "sağsağanlar"ın heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right