Qurban Qurbanovdan qadağa

“Qarabağ” futbolçularına media ilə ünsiyyətə qadağa qoyub.

Newsport.az-ın xəbərinə görə, baş məşqçi Qurban Qurbanovun qərarına əsasən, bu qadağa noyabrın 4-də Konfrans Liqasının 4-cü turunun “Kayrat”la Qazaxıstandakı oyununa qədər davam edəcək. Klubun mətbuat xidmətindən o dövrə qədər jurnalistlərdən müsahibə üçün müraciət etməmək və buna anlayışla yanaşmaq xahiş olunub. 

Belə bir qərarın verilməsinə səbəb kimi futbolçuların bütün fikrinin bu həftə “Neftçi” ilə Premyer Liqada keçiriləcək oyuna və Konfrans Liqasında “Kayrat”la  görüşə yönəlməsinin vacibliyi göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right