Mahirin qolu və qol ötürməsi

Azərbaycan millisinin vingeri Mahir Emreli "Dinamo"nun heyətində Xorvatiya çempionatında ikinci turun matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, onun komandası səfərdə "İstra 1961" klubuna qalib gəlib. 

Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsində Emreli önəmli rol oynayıb.

Belə ki, o, öncə assist edib, 57-ci dəqiqədə isə komandasının ikinci qoluna imza atıb. Start heyətində meydana çıxan Mahir 88-ci dəqiqədə əvəzlənib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right