ÇL: Keyn ən çox qol vuran 40 futbolçudan biri olub

“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqası tarixinin ən çox qol vuran 40 futbolçusu sırasına düşüb.

Newsport.az xəbər verir ki, ingiltərəli forvard Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”a qarşı ilk oyununda (2:2) penaltidən fərqlənib.

Bu, onun turnirdə keçirdiyi 43-cü matçında 29-cu qol olub. Bununla da, Keyn Çempionlar Liqası tarixinin ən məhsuldar 40 futbolçusu sırasına düşüb.

Keyn Çempionlar Liqasında qol sayında Roy Makay (Niderland, 61 oyun) və Edin Dzekoya (Bosniya və Herseqovina, 74 oyun) çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right