FIFA prezidenti "Qarabağ"ı təbrik etdi

FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Newsport.az məktubun məzmununu diqqətinizə çatdırır:

Cənab Rövşən Nəcəf
Prezident
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Sürix. 26 aprel 2024-cü il

“Qarabağ” FK-ya təbrik

Hörmətli prezident,

Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!
Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.

Hörmətlə,
Gianni İnfantino

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right