"Qalatasaray" "Arsenal"ın futbolçusunu transfer etmək istəyir

"Qalatasaray" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Arsenal"ın yollarını ayırmaq istədiyi Tomas Partinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Sarı-qırmızılar" London təmsilçisi ilə 1 illik müqaviləsi olan qanalı yarımmüdafiəçini az məbləğ ödəyərək transfer etmək istəyir. "Qalatasaray" mövsüm bitdikdən sonra İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Tomas Parti bu mövsüm "Arsenal"ın heyətində 14 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right