İtaliya millisinin üzvü "Arsenal"da qaldı

İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az xəbər verir ki, London təmsilçisi Jorjinyonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya millisinin üzvü 2025-ci ilin yayına kimi Premyer Liqa klubunda qalacaq.

Qeyd edək ki, "Arsenal" Jorjinyonu 2023-cü ilin yanvar ayında "Çelsi"dən transfer edib. 32 yaşlı yarımmüdafiəçi bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right