Çempionlar Liqası: ən yaxşı adına namizədlər

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Newsport.az xəbər verir ki, həftənin oyunçusu seçilmək üçün "Real"ın hücumçusu Vinisius Junior və "Borussiya"nın müdafiəçisi Mats Hummels mübarizə aparır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun əsasında aydınlıq gələcək.

Qeyd edək ki, Hummels "Borussiya"nın PSJ-ni 1:0 hesabı ilə məğlub etdiyi oyunda komandasının yeganə qolunu verib. Vinisius isə "Real" - "Bavariya" matçında qol və ya assistlə yadda qalmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right