Mahir Emreli qol vurdu, "Dinamo" qələbə qazandı

Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubu yoxlama matçında qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi Bolqarıstanın "ÇSKA 1948" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Dinamo"nun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard oyuna start heyətdə başlayıb. Millimizin hücumçusu 21-ci dəqiqədə komandasının ilk qolunu vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right