“Tottenhem” Riçarlisondan narazıdır

“Tottenhem” Riçarlisonu satmaq istəyir. London klubu braziliyalı hücumçusuna 40 milyon avro qiymət qoyub.

Newsport.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, paytaxt klubu yayda heyətini yeniləmək niyyətindədir. Bu səbəbdən yüksək maaş alıb kifayət qədər faydalı olmayan ulduzlarla yollar ayrılacaq, onların əvəzinə yeniləri alınacaq. Siyahının başında isə məhz Braziliya yığmasının üzvü gəlir.

26 yaşlı oyunçu bu mövsüm keçirdiyi 31 oyunda cəmi 12 qol vurub, 4 asist edib. Bu isə məşqçilər heyətini qane etmir. Rəhbərlik də 2022-ci ilin yayında “Everton”dan 58 milyon avroya alınan hücumçunun ümidi doğrultmadığını düşünür.

Riçarlisonun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayında bitəcək. Amma londonlular təklif olacağı halda, braziliyalını elə bu yay satmaq niyyətindədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right