İspaniyalı məşqçi “Bavariya”ya “yox” dedi

“Bavariya” hələ də yeni baş məşqçisini müəyyənləşdirə bilməyib. Newsport.az xəbər verir ki, Almaniya klubunun siyahısında yer alan daha bir mütəxəssis keçidə müsbət yanaşmayıb.

Belə ki, Bundesliqa təmsilçisi ispaniyalı Xulen Lopeteqidən istədiyi cavabı almayıb. Rəhbərlik 57 yaşlı çalışdırıcıya təklif göndərsə də, Lopeteqi bundan imtina edib. Çünki o, hazırda “Vest Hem”lə danışıq aparır və karyerasını İngiltərə klubunda davam etdirməyə yaxındı.

Qeyd edək ki, Xulen Lopeteqinin son iş yeri 2022-23 mövsümündə “Vulverhempton” olub. “Bavariya”nın hazırkı baş məşqçisi Tomas Tuxel isə yayda ayrılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right