"Barselona"nın çempionluq paradında 76 min azarkeş

"Barselona"nın kişi və qadın komandaları İspaniya çempionluqlarını qeyd ediblər.

Newsport.az “Marca”ya istinadən xəbər verir ki,  paradda 76 min insan iştirak edib. 

Futbolçular parad zamanı Ronald Arauxo və Rafinya Diasın imzası olan şərflər və köynəkləri azarkeşlərə atıblar. Kataloniya təmsilçisinin baş məşqçisi Xavi azarkeşlərlə bir neçə pivə paylaşıb.

Qeyd edək ki, "Barselona"nın qadınlardan ibarət komandası ardıcıl 4-cü, kişilər isə son 4 ildə ilk dəfə İspaniya çempionluğunu qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right