"Barselona" bu gün Levandovskinin transferini açıqlayacaq

"Barselona"nın "Bavariya"dan aldığı Robert Levandovskinin keçidini rəsmən açıqlayacağı vaxt məlum olub.

Newsport.az-ın məlumatına görə, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Əvvəlcə bunun bazar ertəsi elan edilməsi planlaşdırılsa da, təqdimat bir gün təxirə salınmalı olub.

33 yaşlı hücumçu dünən axşam saatlarında Kataloniya təmsilçisinin yeni mövsümə hazırlaşdığı Mayamiyə gəlib və tibbi müayinədən keçib. Klub yoxlama aparıldıqdan sonra onunla müqavilə bağlamaq istəyib və bütün lazımi prosedurlar onları təqdimatı başqa günə keçirməyə məcbur edib. "Barselona" ona görə də polşalının transferini bu gün açıqlayacaq.

"Bavariya"nın bombardiri üçün 45+5 milyon avro qazanacağı bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right