"Sürix"in baş məşqçisi 0:4 hesablı məğlubiyyət haqda: "Görüləsi çox iş var"

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sürix"in baş məşqçisi Franko Foda Superliqanın ilk turunda "Yanq Boyz"a 0:4 hesablı məğlubiyyətini şərh edib.

Newsport.az-ın məlumatına görə, İsveçrə mətbuatına danışan Foda çempionatın açılış oyunundakı məğlubiyyətə görə məyus olduğunu söyləyib:

"Nəticə məyusedicidi. Komanda 60 dəqiqə yaxşı oynadı. Rəqiblə müqayisədə 1-2 yaxşı variantımız var idi. Matçın əsas məqamı reallaşdırılmamış penalti oldu. İkinci və üçüncü qolları sadə buraxdıq. "Yanq Boyz" üçün isə çox asan epizodlar alındı. Məyusuq, çünki lazımsız məğlubiyyət qeydə alındı".

56 yaşlı mütəxəssis məğlubiyyətə görə futbolçularını da tənqid edib: "Əgər siz öndə asan topları itirirsinizsə, bunun oyun sistemi ilə heç bir əlaqəsi yoxdur. 90 dəqiqə müdafiəyə diqqət yetirməliyik, xüsusən də Berndə yüksək səviyyəli matç oynadığımız zaman. Qarşıda hələ görüləsi çox iş var. Məşqlərdə öyrənməli olduğumuz məqamlar qalıb".

“Qarabağ” – “Sürix” matçı iyulun 19-da Bakıda keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra isə İsveçrədə oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right