Buffon: "Karyeramı 55 yaşımda bitirəcəyəm"

İtaliya millisinin və "Yuventus"un əfsanəvi sabiq qapıçısı, hazırda "Parma"da çıxış edən Canluici Buffon gələcək planlarından danışıb.

Newsport.az-ın məlumatına görə, 0, 55 yaşınadək futbol oynamaq istədiyini deyib:

"Karyeramı 55 yaşında bitirəcəyəm.Uzun müddətdir ki, karyeramı başa vurduqdan sonra nə edəcəyimi düşünürdüm. Futbolda qalacağıma 100 faiz əmin deyiləm. Bəlkə də özümü yeni, daha sadə şəkildə sınayacağam. Çünki futbolda artıq hər şeyi bilirəm. Mənim üün yeni şeylər öyrənmək maraqlıdır".

Qeyd edək ki, Buffon ötən mövsüm B Seriyasının ikinci divizionunda "Parma"nın heyətində 26 oyun keçirib və 27 qol buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right