“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

“Neftçi” klubunun 11 yaşadək futbolçulardan ibarət komandası Rusiyada beynəlxalq turnirə qatılacaq.

Newsport.az “Sport-express” nəşrinə istinadən xəbər verir ki, “ağ-qaralar” Lev Yaşinin adına “Dinamo” akademiyasının Novoqorskda təşkil edəcəyi yarışa qatılacaq.

Turnirdə 2013-cü il təvəllüdlü oyunçular mübarizə aparacaqlar.

Azərbaycan təmsilçisindən başqa, Rusiyanın “Dinamo”, “Spartak”, ÇSKA, “Krasnodar”, Belarusun “Dinamo” (Minsk), Qazaxıstanın “Kayrat”, Özbəkistanın “Dostluq” komandaları da yarışda iştirak edəcəklər.

Turnir mayın 2-dən 4-dək təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right