Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununa təyinat alıb.

Newsport.az xəbər verir ki, FIFA referisi çempionluq qrupunun "Panatinaikos" - "Aris" matçına təyinat alıb. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü funksiyasını Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu olacaq.

Qarşılaşma 28 aprel tarixində Bakı vaxtilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Panatinaikos"un baş məşqçisi türk mütəxəssis Fatih Terimdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right