“Liverpul”un baş məşqçi postuna daha bir namizəd

“Liverpul” baş məşqçi postuna daha bir namizədi müəyyənləşdirib. Newsport.az xəbər verir ki, İngiltərə klubu “Feyenord”un çalışdırıcısı Arne Slotla maraqlanır.
 
Hazırkı çalışdırıcı Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. 45 yaşlı mütəxəssis yayda bu posta keçməyə əsas namizədlərdəndi. Ancaq Niderland klubu da ötən mövsüm həm ölkə çempionu, həm də kubokun qalibi olan çalışdırıcısını saxlamaq istəyir.
Eyni zamanda “Tottenhem”, “Çelsi” və “Lids”dən də təklif alan Arne Slotun “Feyenord”la sözləşməsi 2026-cı ilin yayına kimidi. Müqavilənin vaxtından əvvəl ləğvi üçün təzminat məbləği 9 milyon funt sterlinqdi.
 
Qeyd edək ki, daha əvvəl “Liverpul”un baş məşqçisi postuna namizədlər arasında Xabi Alonso, Ruben Amorim və Roberto De Zerbinin adı çəkilirdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right