Tanınmış klub "Qarabağ"ın legioneri üçün yeni təklif göndərməyib

Macarıstanın “Ferentsvaroş” klubu “Qarabağ”ın futbolçusu Julio Romao üçün Ağdam klubuna təklif göndərməyib.

Newsport.az xəbər verir ki, bu barədə Macarıstanın “Üllői út 129” portalı məlumat yayıb.

Halbuki “Ferentsvaroş”un braziliyalı futbolçu üçün Azərbaycan çempionuna yeni müqavilə təklif etdiyi xəbərləri yayılmışdı. Qışdan bu yana Romaonun xidmətində maraqlı olan macarlar onu yayda heyətinə qatmağı planlaşdırırdı.

26 yaşlı futbolçu 2022-ci il iyulun 17-də Portuqaliyanın “Santa-Klara” klubundan “Qarabağ”a keçmişdi. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right