Millimizin baş məşqçisi: Sonadək mübarizə apardıq

“Nəticə sevindirici olmadı. Buna baxmayaraq, ikinci hissədə dəyişikliklər oldu”. Newsport.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev deyib.
 
U-17 yığmamız Minskdə təşkil edilən İnkişaf Turnirinin ilk oyununda yerli Belarusa 0:4 hesabı ilə məğlub olub. Yadullayev qarşılaşmanın ardından yerli futbol federasiyasının mətbuat xidmətinə açıqlamasında fikirlərini bölüşüb:
 
“Komandada perspektiv var və çalışmağa davam edəcəyik. İlk dəqiqədən sonadək mübarizə apardıq. Konsenstrasiyanı, oyun intizamını qorumağa çalışdıq. Turnirin məqsədi gənc oyunçuların inkişafıdı. Biz də hər bir oyunçumuzun inkişafını istəyirik. Ötən illə müqayisədə heyətimizdə böyük dəyişikliklər var”.
 
Qeyd edək ki, yığmamız ikinci matçını sabah Özbəkistana qarşı keçirəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right