PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi

İspaniyanın paytaxtı Madriddə Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda qurumun İcraiyyə Komitəsinin və "Qarabağ" Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak edib. Toplantını ECA-nın rəhbəri, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi açıb. O, bu mövsüm öz ölkələrinin çempionluğunu qazanmaları münasibəti ilə "Qarabağ" (Azərbaycan), "İnter" (İtaliya), "Bayer" (Almaniya) və "Ferensvaroş"u (Macarıstan) bu klubların iclasda iştirak edən rəsmiləri vasitəsi ilə təbrik edib.

İcraiyyə Komitəsinin iclasından sonra 400-dən çox Avropa klubunun iştirakı ilə əlaqələndirmə qruplarının görüşləri başlayıb. Həmin görüşlərdə isə Azərbaycandan "Qarabağ", "Neftçi", "Səbail", "Kəpəz", "Sumqayıt", "Turan" və "Zirə"nin rəsmiləri iştirak edir.

Qeyd edək ki, FİFA və UEFA-nın rəsmən tanıdığı ECA-da qitənin 620 klubu üzv kimi təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right